Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıya qayıtmağı gözləyən didərgin eksponatlar

0


  • Maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qalmışdır. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalmışdır.
    Erməni vandalları tərəfindən Xocalı rayonunun işğalı nəticəsində rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri dağıdılmışdır. Xocalının qədim tarixini özündə saxlayan Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi də erməni vandalizmi nəticəsində dağıdılmış, ekponatlar məhv edilmişdir.
    Muzey Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə Xocalı rayon Kosalar kənd nümayəndəliyinin nəzdində olan Yolaba kəndində yaradılmışdır.
    1992-ci ildə may ayının 9-da ermənilərin Kosalar kəndinə hücumu zamanı bütün eksponatlar işğal zonasında qalmışdır.
    Kənd işğal olunmamışdan əvvəl muzeydə 800 adda 1500 ədəd qiymətli eksponatlar var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və geramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl ilə yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı.
    Hal-hazırda Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə fəaliyyət göstərir. Qarabağ xalçaçılıq məktəbinə aid xalçalar, kilimlər və başqa toxuculuq əşyaları, Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponatlar, eyni zamanda vətənpərvərlik mövzusunda stentdlərdən ibarət sərgilər toplanaraq muzeyin fonduna daxil edilmişdir.
    Bu gün xocalılar doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminik ki, dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik. O zaman xocalıların özü kimi didərgin düşmüş muzeydəki eksponatlar da aid olduğu torpağa – Xocalıya qayıdacaqdır.


    Qalib Quliyev,
    “Xocalının səsi” qəzetinin redaktoru,


    Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının


    İdarə Heyətinin üzvü
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib52 dəfə
    Xocalıya qayıtmağı gözləyən didərgin eksponatlar

    Maraqlı gələ bilər
    56
    31